UEFA maliyyə feyr-pley qaydalarını dəyişir
Avropa liqaları

UEFA maliyyə feyr-pley qaydalarını dəyişir

  • 2022-03-23

UEFA maliyyə feyr-pley qaydalarında dəyişikliklər etməyi planlaşdırır.

Bu barədə "New York Times" məlumat yayıb. Yeni layihə qəbul olunarsa, klublar son 3 mövsümdə bütün gəlirlərinin 70 faizə qədərini futbol komponenti ilə bağlı məsələlərə xərcləyə biləcəklər. Eyni zamanda, idmançıların maaş həddinin də ləğv edilməsi də təklif edilir. Lakin xəbərdə bildirilir ki, Avropa əmək qanunvericiliyinə görə belə qaydaların tətbiqi praktiki olaraq mümkün deyil.

Bu ideyalar qəbul olunarsa, dəyişikliklər 2022-ci il iyun ayının 1-də qüvvəyə minəcək. Keçid dövrü isə 2024-cü ilə qədər davam edəcək.