Avropa liqaları

"Liverpul" qəbələ ilə "Mançester Siti"nin rəqibi oldu - Video

  • 2022-03-21

"Liverpul" İngiltərə kubokunda 1/4 final oyununa çıxıb.

Mersisayd təmsilçisi "Nottinqem Forest"lə qarşılaşıb. 1:0 hesabı ilə qalib gələn "Liverpul" növbəti mərhələyə yüksəlib.

"Nottinqem Forest" - "Liverpul"
Qol:
 Jota, 78

"Liverpul" yarımfinalda "Mançester Siti"yə rəqib olub. Yarım finalın digər görüşündə isə "Çelsi" "Kristal Pelas"la qarşılaşacaq.