"Monako" "PSJ"dən 3 xalı 3 cavabsız qolla aldı
Avropa liqaları

"Monako" "PSJ"dən 3 xalı 3 cavabsız qolla aldı

  • 2022-03-21

PSJ Fransa Liqa-1-də 29-cu tur oyununa çıxıb.

Lider olan Paris təmsilçisi "Monako"nun qonağı olub. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Monako" - PSJ - 3:0
Qollar:
 Yedder, 25, 84(pen.), Volland, 68

Bu qələbə ilə xalını 44-ə yüksəldən "Monako" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. PSJ isə 65 xalla 1-cidir.