Messi məşqi buraxdı
Avropa liqaları

Messi məşqi buraxdı

  • 2022-03-19

"PSJ"nin futbolçusu Lionel Messi komandanın bu günkü məşqini buraxıb.

Bu barədə "Le Parisien" məlumat yayıb. O, xəstəlik səbəbindən Fransa Liqa 1-də "Monako"ya qarşı keçiriləcək matç öncəsi hazırlıq prosesində olmayb. Messinin buna görə də söügedən görüşə çıxması sual altındadır.

Qeyd edək ki, "Monako" – "PSJ" matçı sabah saat 16.00-da başlayacaq.