Benzema "El-Klassiko"nu buraxacaq
Avropa liqaları

Benzema "El-Klassiko"nu buraxacaq

  • 2022-03-19

"Real"ın futbolçusu Kərim Benzema "Barselona" ilə keçiriləcək oyunu buraxacaq.

İspaniya mətbuatına istinadən, buna səbəb 34 yaşlı hücumçunun zədəli olmasıdır. Daha əvvəl Benzemanın sabah "El-Klassiko"da oynayıb-oynamayacağı qeyri-müəyyən olsa da, bu dəfə onun görüşü buraxacağı bildirilib. Oyunçu komandanın bugünkü məşqinə də qatılmayıb. 

Qeyd edək ki, "Real" martın 20-də "Barselona"nı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.