Bundesliqa oyunu yarımçıq dayandırıldı
- 2022-03-19
Almaniya Bundesliqasının 27-ci turunun "Bohum" - "Borussiya" (Münhenqladbax) oyunu yarımçıq dayandırlıb.
71-ci dəqiqədə, hesab 2:0 qonaqların xeyrinə olarkən baş hakim Benyamin Kortus oyunu saxlayıb. Buna tribunadan yan xətt hakiminin üzərinə stəkanın atılması və onun başına dəyməsi səbəb olub. Hadisədən sonra hakimlər və futbolçular meydanı tərk ediblər. Bir qədər keçdikdən sonra elan edilib ki, görüş bərpa olunmayacaq.
"Bohum"un idman direktoru Sebastyan Şindzelorts baş verənləri biabırçılıq adlandırıb. O, yan xətt hakiminin xəsarət aldığını deyərək ona şəfa diləyib.