Messi qərarını rəhbərliyə bildirdi
- 2022-03-17
"PSJ"nin futbolçusu Lionel Messi klub rəhbərliyinə Paris təmsilçisindən ayrılmayacağını deyib.
Bu barədə "RMC Sport" məlumat yayıb. Bildirilib ki, argentinalı hücumçu rəhbərliyə Çempionlar Liqasında mübarizəni dayandırdıqları üçün məyus olduğunu söyləyib. Messi "PSJ"yə əbəs yerə keçmədiyini sübut etməyə çalışacağını vurğulayıb.
Qeyd edək ki, Messi ötən ilin yayında azad agent kimi "PSJ"yə keçib.
Xatırladaq ki, 34 yaşlı oyunçunun "Barselona" qayıtmaq istədiyi barədə xəbərlər yayılmışdı.