Benzemadan yeni rekord
Avropa liqaları

Benzemadan yeni rekord

  • 2022-03-15

"Real"ın futbolçusu Kərim Benzema yeni rekorda imza atıb.

"Opta"ya istinadən, o, buna La Liqanın 28-ci turunda "Malyorka" ilə matçda (3:0) dubl etməklə nail olub. 34 yaşlı hücumçu karyerasında vurduğu qolların sayını 413-ə yüksəldib və Fransa futbol tarixinin ən yaxşı bombardiri adına yiyələnib

Fransa millisinin üzvü bundan əvvəlki rekordun sahibi Tyerri Anrini (411 qol) geridə qoyub.