"Barselona"dan 21-ci əsrin rekordu
Avropa liqaları

"Barselona"dan 21-ci əsrin rekordu

  • 2022-03-14

"Barselona" İspaniya La Liqasının 28-ci turunda "Osasuna"nın məğlub etməklə (4:0) 21-ci əsrin rekorduna imza atıb.

"Opta"ya istinadən, Kataloniya klubunun son qolunu 75-ci dəqiqədə Riki Puç vurub. Beləliklə, "Barselona"da bu mövsüm 22 fərqli oyunçu rəqib qapılarına yol tapıb. "Barselona" bununla "Real"ın rekorunu qırıb. Madrid klubunda 2019/2020 mövsümündə  21 futbolçusu fərqlənməyi bacarıb.

Qeyd edək ki, "Barselona" 27 matçdan sonra 51 xalla üçüncü pillədə qərarlaşıb.