"PSJ"li azarkeşlər Messi ilə Neymarı təhqir etdilər
Avropa liqaları

"PSJ"li azarkeşlər Messi ilə Neymarı təhqir etdilər

  • 2022-03-14

"PSJ" azarkeşləri Lionel Messi və Neymarı fitə basıblar.

Hadisə dünən "Bordo"ya qarşı Liqa-1-in oyununda baş verib. Hər dəfə bu iki futbolçu topa sahib olanda azarkeşlər fit çalıblar. Bundan başqa, onların ünvanına təhqiramiz ifadələr də səsləndirilib. Neymarın görüşdə 1 qol vurması belə fanatların hirsini soyutmayıb.

Qeyd edək ki, ötən həftə "PSJ" Çempionlar Liqasının 1/8 final matçında "Real"a uduzaraq mübarizəni dayandırıb.

Fransa mətbuatının yazdığına görə, hazırda Messi sabiq klubu "Barselona"ya qayıtmaq barədə düşünür. Neymara gəlincə, əgər ona sərfəli təklif olsa, klub futbolçunu saxlamayacaq.