"Real"a növbəti dəfə qol vura bilmədi
Avropa liqaları

"Real"a növbəti dəfə qol vura bilmədi

  • 2022-03-10

"PSJ"nin futbolçusu Lionel Messi Çempionlar Liqasının 1/8 finalında "Real"a növbəti dəfə qol vura bilməyib. 

Onun komandası cavab oyununda Madrid klubuna 1:3 hesabı ilə uduzaraq turniri tərk edib. 

Argentinalı hücumçu ardıcıl 9 oyundur ki, "Real"a qol vura bilmir. Messi sonuncu dəfə "Barselona"nın heyətində  2018-ci ilin mayında Madrid təmsilçisinə qol vurub.

Qeyd edək ki, Messi ötən ilin yayında "PSJ"yə keçib.