"Barselona" "Qalatasaray"a qarşı
Avropa liqaları

"Barselona" "Qalatasaray"a qarşı

  • 2022-03-10

Avropa Liqasında 1/8 final mərhələsi davam edir. 

İkinci oyun günündə 5 qarşılaşma keçiriləcək.

"Sevilya" "Vest Hem" ilə üz-üzə gələcək. Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" isə "Barselona"nın qonağı olacaq.

Moskva "Spartak"ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün ümumilikdə bu mərhələdə 8 oyundan 7-si baş tutmalıdır. "Spartak"ın əvəzinə isə "Leyptsiq" 1/4 finala birbaşa vəsiqə qazanıb.

Avropa Liqası, 1/8 final mərhələsi

İlk oyunlar

10 mart

21:45. "Sevilya" (İspaniya) - "Vest Hem" (İngiltərə)

00:00. "Reyncers" (Şotlandiya) - "Srvena Zvezda" (Serbiya)

00:00. "Braqa" (Portuqaliya) - "Monako" (Fransa)

00:00. "Atalanta" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya)

00:00. "Barselona" (İspaniya) - "Qalatasaray" (Türkiyə)