"Liverpul"un "Enfild"dəki uğurlu seriyası qırıldı
Avropa liqaları

"Liverpul"un "Enfild"dəki uğurlu seriyası qırıldı

  • 2022-03-09

"Liverpul" son 1 ildə ilk dəfə öz meydanında uduzub. 

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. "Mersisaydlılar" ötən gecə Çempionlar Liqasının 1/8 finalında "İnter"lə cavab matçında uduzub - 0:1. Beləliklə, komandanın "Enfild" stadionundakı 28 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb. Premyer Liqa təmsilçisi sözügedən 28 qarşılaşmadan 21-də qalib gəlib, 7-də heç-heçə edib. 

"Liverpul" son dəfə doğma meydanda 2021-ci ilin mart ayının 7-də "Fulhem"ə yenilib. 

Qeyd edək ki, "Liverpul" ötən gecə "İnter"ə uduzsa da, ilk qarşılaşmada 2:0 hesabı ilə qələbə qazandığı üçün 1/4 finala adlayıb.