"Neymar futboldan həzz almır"
- 2022-03-08
Fransanın sabiq hücumçusu Tyerri Anri "PSJ"nin hücumçusu Neymarın psixi sağlamlığı ilə bağlı narahatlığı olduğunu deyib.
O, "L'Equipe"yə açıqlamasında bildirib:
"Son müsahibələrində Neymar tez-tez sağlamlığından, təzyiqindən danışırdı. Həmin an düşündüm. "O, yaxşıdırmı?" Neymarın gözlərində qığılcım yoxdur, futboldan həzz almır. O danışır, amma siz onu eşidirsinizmi? Neymar kömək istəyir. Beynində bir şey baş verir".
Qeyd edək ki, Neymar 2017-ci ildən Paris təmsilçisində oynayır.