Superliqada 28-ci tura yekun vuruldu
Avropa liqaları

Superliqada 28-ci tura yekun vuruldu

  • 2022-03-08

Türkiyə Superliqasında 28-ci tura yekun vurulub.

Sonuncu oyun günündə üç qarşılaşma keçirilib.

"Beşiktaş" doğma meydanda "Başakşəhər"lə qarşılaşıb. Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib. "Qaziantep" – "Hatayspor" matçında da tərəflər meydanı hərəyə 2 qolla tərk ediblər. "Kayserispor" isə evində "Alanyaspor"a məğlub olub.

7 mart

Türkiyə Superliqası, 28-ci tur

"Kayserispor" – "Alanyaspor" - 1:2
Qol: 
Bertolaççi, 34 – O.Aydın, 41. E.Yardımçı, 83.

"Beşiktaş" – "Başakşəhər" - 2:2
Qol:
 G.Yalçın, 41. K.Karaman, 54 – Trezeqe, 35. Okaka, 45+4.

"Qaziantep" – "Hatayspor" - 2:2
Qol 
: Maksim, 5; 79 – Koker, 20-öz qapısına. El Kaabi, 30.

Turnir cədvəlinə 66 xalla "Trabzonspor" başçılıq edir. "Konyaspor" 49 xalla 2-ci, "Başakşəhər" 46 xalla 3-cüdür.