Benzema liderdir
Avropa liqaları

Benzema liderdir

  • 2022-03-06

La Liqanın 27-ci turunda "Real Soysedad"la matç "Real"ın futbolçusu Kərim Benzema üçün əlamətdar olub. 

33 yaşlı hücumçu qarşılaşmada 1 qol vurub və 1 qolun ötürməsini verib. Beləliklə, o, La Liqada 100-cü qol ötürməsini verib. Bununla da Benzema 21-ci əsrdə belə nəticəyə çatan 3-cü futbolçu olub. Rekord göstərici "Barselona"nın keçmiş oyunçusu Lionel Messiyə məxsusdur - 192 ötürmə. Kataloniya klubunun müdafiəçisi Dani Alveş isə 103 ötürmə ilə 2-cidir. 

Həmçinin Benzema sözügedən oyunda fərqlənməklə La Liqadakı qollarının sayını 255-ə çatdırıb. Beləliklə, o, Avropanın "TOP-5" liqalarında çıxış edən fransalı futbolçular arasında ən yaxşı nəticəni göstərib və 1-ci pilləyə yüksəlib. 

Qeyd edək ki, "Real" "Real Soysedad"a 4:1 hesabı ilə qalib gəlib.