Son 10 ilin ən pis nəticəsi
Avropa liqaları

Son 10 ilin ən pis nəticəsi

  • 2022-03-06

"PSJ" klub tarixində son 10 ilin antirekorduna imza atıb. 

"Stats Foot"a istinadən, komanda buna Liqa 1-in 27-ci turunda "Nitsa"ya 0:1 hesabı ilə uduzmaqla nail olub. Beləliklə, "PSJ" ardıcıl 8 səfər matçında ən az 1 qol buraxmış olub. Bu isə klub tarixinin son 10 ildəki ən pis nəticəsidir. 

Qeyd edək ki, klub hazırda çempionatın turnir cədvəlində 62 xalla liderdir.