"Təəssüf ki, Ramosdan gözlədiyimiz alınmadı"
Avropa liqaları

"Təəssüf ki, Ramosdan gözlədiyimiz alınmadı"

  • 2022-03-04

"PSJ"nin idman direktoru Leonardo müdafiəçi Serxio Ramos haqda danışıb.

"L'Equipe"yə istinadən, o, ispan oyunçu ilə bağlı tez qərar verməyəcəklərini deyib: "Biz Ramosla müqavilə imzalayanda o, əla fiziki formada idi. Təəssüf ki, gözlədiyimiz alınmadı. Bu vəziyyətdə həm onun üçün, həm də bizim üçün çətindir. Amma planlarımız bəllidir. Serxionun nə vaxt ki oynaya bilməyəcək, həmin vaxt açıqlayacağıq. Ancaq indi həmin zaman deyil. Uzun müddət yoxluq Ramosun liderlik rolunu almasına mane olur. Tez nəticə çıxarmayacağıq, çünki mövsüm hələ bitməyib".

Qeyd edək ki, Ramos zədə səbəbindən mövsümün çox hissəsini buraxıb.