"Messini pula görə göndərdilər, amma..."
Avropa liqaları

"Messini pula görə göndərdilər, amma..."

  • 2022-03-03

"Barselona"nın sabiq baş məşqçisi Ronald Kuman Lionel Messinin ötən yay Kataloniya klubundana ayrılaraq "PSJ"yə keçməsi barədə danışıb. 

58 yaşlı mütəxəssis "Mundo Deportivo"ya açıqlamasında deyib: 

"Rəhbərlik təkid etdi ki, bəzi futbolçular komandadan göndərilsin. Dedilər ki, maliyyəni qaydaya salmaq lazımdır. Lionel Messi ilə maaş probleminə görə yolları ayırdılar. Amma o gedəndən az sonra 55 milyon avroya kimisə satın aldıqlarını gördüm. Bu həqiqətən qəribədir. Görəsən, klubda başqa bir şey olubmu? Messi niyə getməli oldu?"

Qeyd edək ki, Messi "PSJ" ilə 2+1 illik müqavilə imzalayıb. "Barselona" isə Messi ilə yolları ayırandan sonra 55 milyon avroya "Mançester Siti"dən Ferran Torresi heyətinə qatıb.