Avropa liqaları

"Beşiktaş" kubokda mübarizəni dayandırdı - Video

  • 2022-03-03

Türkiyə kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

Yarışın son qalibi "Beşiktaş" evdə "Kayserispor"la qarşılaşıb. Rəqibinə 1:2 hesabı ilə uduzan İstanbul təmsilçisi mübarizəni dayandırıb.

"Beşiktaş" - "Kayserispor" - 1:2

Qollar: Qavranoviç, 6 (0:1), Rozye, 43 (1:1), Kardoso, 65 (1:2)

Qeyd edək ki, daha əvvəl "Trabzonspor" və "Sivasspor" yarımfinala vəsiqə qazanıblar. Bu mərhələnin son iştirakçısı martın 3-də oynanılacaq "Alanyaspor" - "Qaziantep" matçından sonra bəlli olacaq.