Messi tənqidlərdən narazıdır
Avropa liqaları

Messi tənqidlərdən narazıdır

  • 2022-03-02

"PSJ"nin hücumçusu Lionel Messi Fransa mətbuatının tənqidlərindən narazıdır.

"Le Parisien"ə istinadən, son aylarda məşhur fransız nəşrləri müntəzəm olaraq argentinalı oyunçuya matçlardakı oyuna görə aşağı qiymətlər qoyublar.

34 yaşlı futbolçunun reytinqləri hətta Paris təmsilçisinin paltardəyişmə otağında da müzakirə olunmağa başlayıb. Messi bir sıra klub rəhbərlərinə medianın bu münasibətinin onun üçün gözlənilməz olduğunu açıqlayıb.