"Vilyarreal"ın futbolçusundan klubu üçün tarixi nəticə
Avropa liqaları

"Vilyarreal"ın futbolçusundan klubu üçün tarixi nəticə

  • 2022-02-28

La Liqanın 26-cı turu "Vilyarreal"ın futbolçusu Yeremi Pino klubu üçün tarixi nəticə göstərib.

19 yaşlı ispan futbolçu komandasının "Espanyol"a qalib gəldiyi (5:1) oyunda 4 qol vurub. O, bu pokeri cəmi 39 ərzində (14-53-cü dəqiqə arasında) gerçəkləşdirib. Bununla da Pino klubunun tarixində 1 oyunda 4 qol vurmuş ən gənc futbolçu (19 yaş 130 günlüyündə) olub. 

Ümumən La Liqada isə o, hazırda gənclər arasında poker etmiş 4-cü futbolçudur.