Avropa liqaları

İngiltərə Liqa kubokunun qalibi - Video

  • 2022-02-28

İngiltərə Liqa kubokunda 2021/2022 mövsümünün final oyunu keçirilib.

Həlledici matçda "Çelsi" və "Liverpul" qarşılaşıb. "Uembli" stadionunda keçirilən görüşün əsas və əlavə vaxtında hesab açılmadığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan "Liverpul" qalib gələrək (11:10) fəxri mükafatı qazanıb.

Qeyd edək ki, kubokun bundan əvvəlki qalibi "Mançester Siti" olub.

Əlavə edək ki, "Liverpul" tarixində 9-cu dəfə liqa kubokun qalibi olaraq bu göstəricidə rekord qırıb.