Mbappe İbrahimoviçə çatdı
Avropa liqaları

Mbappe İbrahimoviçə çatdı

  • 2022-02-27

Liqa 1-in 26-cı turunda "Sent Etyen"lə matç "PSJ"nin futbolçusu Kilian Mbappe üçün əlamətdar olub. 

O, qarşılaşmada dubl edib. Beləliklə, 23 yaşlı hücumçu komandanın heyətində 156-cı dəfə fərqlənib.  Bununla da Mbappe Paris təmsilçisində vurduğu qolların sayına görə Zlatan İbrahimoviçə çatıb. İsveçli forvard buna 180-ci, fransalı oyunçu isə 205-ci görüşündə nail olub.

Qeyd edək ki, Kilian Mbappe 2017-ci ildən "PSJ"də çıxış edir. İbrahimoviç 2012 - 2016, Kavani isə 2013 - 2020-ci illərdə paytaxt təmsilçisinin formasını geyinib.