Sponsorluq müqaviləsi ləğv olunur
Avropa liqaları

Sponsorluq müqaviləsi ləğv olunur

  • 2022-02-26

UEFA İlə Rusiyanın "Qazprom" şirkəti arasında sponsorluq müqaviləsi ləğv oluna bilər.

Çempionlar Liqasının builki finalının Sankt-Peterburq şəhərindən alınaraq Parisə verilməsi Rusiyanın narazılığına səbəb olub. UEFA Ukraynaya hərbi hücum səbəbindən belə bir qərar verib.

Britaniyanın "The Guardian" nəşri isə yazır ki, artıq UEFA da "Qazprom"la müqavilənin ləğvi məsələsini nəzərdən keçirir. Məlumata görə, tərəflər arasında 2018-21-ci illər arasında əməkdaşlıq UEFA-ya illik 40 milyon avro gəlir gətirib. Ötən il isə onlar əməkdaşlığı daha da genişləndirib. İndi "Qazprom" UEFA-nın bütün yarışlarında sponsordur.