1/8 finalın püşkü atılır
Avropa liqaları

1/8 finalın püşkü atılır

  • 2022-02-25

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Püşkdən öncə komandalar səpələnmişlər və səpələnməmişlər səbətlərində yer alıblar. Türkiyənin "Qalatasaray" klbubu qrup qaliblərindən ibarət səpələnmişlər sırasındadır.

Səpələnməmişlər səbətində isə pley-off mərhələsinin qalibləri yer alıb. 

Səpələnmişlər:

"Srvena Zvezda" (Serbiya)

"Ayntraxt" (Frankfurt, Almaniya)

 "Qalatasaray" (Türkiyə)

 "Bayer" (Leverkuzen, Almaniya)

 "Lion" (Fransa), "Monako" (Fransa)

 "Spartak" (Moskva, Rusiya)

 "Vest Hem" (İngiltərə)

Səpələnməmişlər:

"Atalanta" (İtaliya)

 "Leyptsiq" (Almaniya),

"Portu" (Portuqaliya)

 "Sevilya" (İspaniya)

 "Barselona" (İspaniya)

 "Betis" (İspaniya)

 "Reyncers" (Şotlandiya)

 "Braqa" (Portuqaliya)

Qeyd edək ki, bu mərhələnin ilk matçları martın 10-da, cavab görüşləri martın 17-də olacaq.

Həmçinin Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin də püşkü atılacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qrup qalibləri püşkdən öncə səpələnmişlər, pley-off mərhələsindən gələnlər isə səpələnməmişlər səbətində yer alıblar.

Qrup qalibləri ilk oyunu səfərdə keçirəcəklər.

UEFA Konfrans Liqası

1/8 final

Səpələnmişlər: "AZ Alkmaar" (Niderland), "Bazel" (İsveçrə), "Kopenhagen" (Danimarka), "Feyenoord" (Niderland), "Gent" (Belçika), LASK (Avstriya), "Renn" (Fransa), "Roma" (İtaliya)

Səpələnməmişlər: "Budyo Qlimt" (Norveç), "Lester" (İngiltərə), "Marsel" (Fransa), "PAOK" (Yunanıstan), "Partizan" (Serbiya), "PSV (Niderland), "Slaviya" Praqa (Çexiya), "Vitess" (Niderland)

1/8 final mərhələsinin ilk matçları martın 10-da, cavab qarşılaşmaları isə martın 17-də oynanılacaq.