Ukrayna Premyer Liqası dayandırıldı - Rəsmi
- 2022-02-24
Ukrayna Premyer Liqası ölkədə hərbi vəziyyətin tətbiqi ilə əlaqədar dayandırılıb.
Bu barədə Ukrayna Premyer Liqasının rəsmi saytı məlumat yayıb.
Bu gün Ukrayna prezidenti Vladimir Zelenski ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu bəyan edib. Bundan sonra Ukrayna Futbol Federasiyasının İcraiyyə Komitəsi Premyer Liqanın dayandırılmasına verib.
Ukrayna çempionatının dayandırıldığı vaxtda Donetsk "Şaxtyor"u 18 oyunda 47 xalla turnir cədvəlinə başçılıq edir. İkinci yerdə Kiyev "Dinamo"su (45) qərarlaşıb. 40 xalla "Dnepr-1" isə üçüncüdür.
Xatırladaq ki, çempionat qış fasiləsindən sonra fevralın 25-də bərpa olunmalı idi.