Ukraynada futbol yarışları dayandırılır
Avropa liqaları

Ukraynada futbol yarışları dayandırılır

  • 2022-02-24

Ukraynada bütün futbol yarışlarını dayandırmağı planlaşdırırlar.

"Tribuna.com"a istinadən, Ukrayna Futbol Assosiasiyasının ( UAF ) İcraiyyə Komitəsinin iclası olacaq. 

İclasda fövqəladə vəziyyət dövründə ölkədə futbol turnirlərinin dayandırılması barədə qərar verilməsi gözlənilir. Ukrayna və Rusiya arasında münasibətlərin kəskinləşməsi səbəbindən bu addımın atılacağı bildirilir.