"Yuventus"da ciddi itki
Avropa liqaları

"Yuventus"da ciddi itki

  • 2022-02-23

"Yuventus"un futbolçusu Ueston Makkenni zədələnib.

"Football Italia" nəşrinə istinadən, 24 yaşlı yarımmüdafiəçi  Çempionlar Liqasının 1/8 final mərhələsinin "Vilyarreal"la ilk oyununda (1:1) zədələnib.

Futbolçu 81-ci dəqiqədə əvəzlənib və xəstəxanaya aparılıb. Makkenninin sol ayağının iki sümüyündə sınıq aşkarlanıb. Bu səbəbdən onun mövsümün sonuna qədər meydana çıxa bilməyəcəyi bildirilib.