Üç klubdan Avropa Superliqası üçün yeni plan
- 2022-02-22
"Real", "Barselona" və "Yuventus" yenidən Avropa Superliqası iddiaları ilə gündəmə gəliblər.
Bu barədə "ESPN" məlumat yayıb. Sözügedən klublar yeni mövsüm öncəsi Amerika Birləşmiş Ştatlarında Avropa Superliqasını fərqli bir formatda təşkil etməyi düşünürlər. Həmçinin xəbərdə o da qeyd olunub ki, ABŞ-ın bir çox əyaləti bu turnirə ev sahibliyi etmək istəyir. Bundan əlavə, daha əvvəl layihəyə daxil olan, sonra isə geri çəkilən klublardan "Milan"da Avropa Superliqasına qayıda bilər.
Eyni zamanda "Yuventus", "Barselona" və "Real" 2020-ci ildə koronavirus pandemiyası səbəbindən itirdikləri maliyyə vəsaitini Avropa Superliqası vasitəsi ilə kompensasiya etmək niyyətindədir.
Qeyd edək ki, 2020-ci ildə aprelin 18-də "Mançester Yunayted", "Mançester Siti", "Arsenal", "Liverpul", "Tottenhem", "Çelsi" (hamısı İngiltərə), "Real", "Barselona", "Atletiko" (hamısı İspaniya), "Yuventus", "Milan" və "İnter" (hamısı İtaliya) klubları Avropa Superliqasını yaratdıqlarını açıqlayıblar. Sonradan "Real", "Barselona" və "Yuventus"dan başqa digər klubun turniri tərk etməsi ilə Avropa Superliqası fəaliyyətini dayandırıb. UEFA isə dəfələrlə həmin klubları cəzalandıracağını bildirmişdi.