Avropa liqaları

"Bavariya" geri dönüş edərək qələbə qazandı - Video

  • 2022-02-21

"Bavariya" Almaniya Bundesliqasında növbəti matçına çıxıb. 

Münhen təmsilçisi 23-cü turda doğma meydanda "Qroyter"lə qarşılaşıb. Ev sahibləri əvvəlcə hesabda geri düşsə də, daha sonra 4 qol vuraraq əzmkar qələbə qazanıblar. 

Qeyd edək ki, "Bavariya" hazırda turnir cədvəlində 55 xalla 1-ci, "Qroyter" isə 13 xalla 18-cidir. 

"Bavariya" - "Qroyter" - 4:1

Qollar: Levandovski, 46, 82, Qresberk, 61 (avtoqol), Çupo-Moutinq, 90+1 - Hrqota, 42