"UEFA"nın yeni reytinqi açıqlandı
Avropa liqaları

"UEFA"nın yeni reytinqi açıqlandı

  • 2022-02-18

"UEFA"nın yeni reytinq siyahısı açıqlanıb.

Cədvəldə müəyyən dəyişiklik olub.

2Qarabağ" Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında səfərdə "Marsel"ə uduzduğundan (1:3) ölkəmizin aktivinə xal əlavə olunmayıb. Azərbaycan siyahıda əvvəlki kimi 26-cı pillədə qərarlaşıb. Hesabımızda 17,000 xal var.

Şotlandiya (34,500) 9-cu, Danimarka (26,975) 15-ci, Çexiya (26,800) isə 17-ci pilləyə irəliləyib.

Rusiya (34,282) 10-cu, Türkiyə (26,900) 16-cı, Yunanıstan (26,700) və Xorvatiya (26,650) müvafiq olaraq 18-19-cu sıraya düşüblər.

Qeyd edək ki, siyahıya 100,641 xalla İngiltərə başçılıq edir.