"Atletiko" evdə məğlub oldu
Avropa liqaları

"Atletiko" evdə məğlub oldu

  • 2022-02-17

İspaniya La Liqasında 21-ci turdan təxirə salınmış "Atletiko" - "Levante" matçı keçirilib.

Qarşılaşma qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 54-cü dəqiqədə Qonsalo Melero vurub.

"Levante" bu nəticədən sonra xallarını 14-ə çatdırsa da, sonuncu - 20-ci yerdə qalıb. "Atletiko" isə 39 xalla 5-cidir.