"Barselona"da ciddi itki
Avropa liqaları

"Barselona"da ciddi itki

  • 2022-02-15

"Barselona" ciddi itki ilə üzləşib.

Klubun mətbuat xidmətinə istinadən, Kataloniya təmsilçisinin müdafiəçisi Ronald Arauxo zədələnib.

La Liqanın 24-cü turunun "Espanyol"la oyununda (2:2) zədələnərək fasilədə Erik Qarsiya ilə əvəzlənən uruqvaylı futbolçunun əzələsində zədə aşkarlanıb.

O, fevralın 17-də, Avropa Liqasının pley-off mərhələsinin "Napoli" ilə keçiriləcək matçında iştirak etməyəcək.