Pike Puyolu geridə qoydu
- 2022-02-14
İspaniya La Liqasının 24-cü turunda "Espanyol"la keçirilən oyun (2:2) "Barselona"nın futbolçusu Jerar Pike üçün əlamətdar olub.
Bu, 35 yaşlı müdafiəçinin "Barselona"dakı 594-cü oyunu olub.
O, Kataloniya klubunda bu göstəricidə Karles Puyolu (593 matç) keçərək 5-ci olub.
Yalnız Lionel Messi (778), Xavi (767), Andres İnyesta (674) və Serji Buskets (659) "Barselona"da Pikedən daha çox oyun keçirib.