"Başakşəhər" və "Fənərbaxça"dan qələbə, "Qalatasaray"dan heç-heçə
Avropa liqaları

"Başakşəhər" və "Fənərbaxça"dan qələbə, "Qalatasaray"dan heç-heçə

  • 2022-02-13

Türkiyə Superliqasında 25-ci turun oyunları davam edir.

Dünən daha üç matç keçirilib. "Başakşəhər" doğma meydanda "Qaziantep"a  2:0, "Fənərbaxça" səfərdə "Girəsunspor"a 2:1 hesabı ilə qalib gəlib.

"Qalatasaray" isə doğma meydanda "Kayserispor"la bərabərə qalıb - 1:1.

Qeyd edək ki, turnir cədvəlinə 57 xalla "Trabzonspor" başçılıq edir.  "Konyaspor" 48 xalla 2-ci, "Adanademirspor" 40 xalla 3-cüdür. 
 
12 fevral


"Başakşəhər" – "Qaziantep" - 2:0
Qol:
Pizzi, 34. S.Gürler, 87
 
"Girəsunspor" – "Fənərbaxça" - 1:2
Qo
l: Çikinyo, 2 – Valensiya, 30. Pelkas, 53
 
"Qalatasaray" – "Kayserispor" - 1:1
Qol:
 M.Məhəmməd, 85 – M.Kardozo, 70