Ronaldo hamını qabaqlayır
- 2022-02-12
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 21-ci əsrdə ən çox oyun keçirən futbolçuların siyahısını hazırlayıb.
Qurumun saytına istinadən xəbər verir ki, cədvəldə 11 oyunçu yer alıb. 1-ci yerdə Portuqaliya millisinin və "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldodur. O, ümumilikdə 1104 matça çıxıb. Braziliya millisinin və "Barselona"nın oyunçusu Dani Alveş 2-ci, İspaniya millisinin və "Real"ın keçmiş futbolçusu İker Kasilyas isə 3-cüdür.
1. Kriştiano Ronaldo - 1104
2. Dani Alves - 1000
3. İker Kasilyas - 974
4. Lionel Messi - 955
5. Zlatan İbrahimoviç - 939
6. Xavi - 937
7. Joao Moutinyo - 922
8. Yasuhito Endo - 909
9-10. Andres İnyesta - 906
9-10. Serxio Ramos - 906
11. Rojerio Seni - 904