"Barselona"nın futbolçusuna ən azı 2 oyunluq cəza
- 2022-02-10
"Barselona"nın müdafiəçisi Dani Alves La Liqada iki oyunluq cəzalanıb.
İspaniya mətbuatına verilən xəbərdə bildirilir ki, buna onun "Atletiko" ilə oyunda (4:2) qırmızı vərəqə alması səbəb olub. 69-cu dəqiqədə braziliyalı oyunçu yarımmüdafiəçi Yannik Ferreyra Karraskonun sağ baldırına ayağı ilə basıb. Baş hakim Xesus Gil Manzano qeyd edib ki, Alves topla oynamaq niyyəti olmadan qayda pozuntusuna yol verib. Buna görə isə minumum cəza 2 oyundur.
Beləliklə, Alves İspaniya çempionatında "Espanyol" və "Valensiya" ilə matçları buraxacaq .