"Barselona"dan  "Atletiko Madrid"ə 4 qol
Avropa liqaları

"Barselona"dan "Atletiko Madrid"ə 4 qol

  • 2022-02-07

İspaniya La Liqasında 23-cü turun oyunları keçirilir.

Turun mərkəzi matçında "Barselona" "Atletiko"nu qəbul edib. 6 qolun vurulduğu oyunda kataloniyalılar qalib gəlib - 4:2. Bu nəticədən sonra "Barselona" xallarını 38-ə çatdırıb və  "Atletiko"nu qabaqlayaraq 4-cü pilləyə yüksəlib. Madrid klubu isə 36 xalla 5-cidir. Lider "Real" 50 xala malikdir

 

"Barselona" - "Atletiko" - 4:2

Qollar: Alba, 10, Qavi, 21, Arajuo, 43, Alveş, 49 - Karrasko, 8, Suares, 58

Qırmızı vərəqə: Dani Alveş, 69 ("Barselona")