Avropa liqaları

Milan derbisini "Qırmızı-qaralar" qazandı - Video

  • 2022-02-06

İtaliya A seriyasında Milan derbisi keçirilib. 

Seria A 23-cü turunda "İnter Milan" doğma meydanda "Milan"ı qəbul edib. Oyun qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "İnter" hazırda A seriyasının turnir cədvəlində 53 xalla liderdir. "Milan" isə 52 xalla 2-cidir.

A seriyası, 23-cü tur

5 fevral

21:00. "İnter Milan" - "Milan" - 1:2

Qollar: Perişiç, 38 (1:0), Jiru, 75 (1:1), 79 (1:2)
Baş hakim: Marko Quida 
"Cuzeppe Meazza" stadionu