"Marsel"dən 5 qollu qələbə
Avropa liqaları

"Marsel"dən 5 qollu qələbə

  • 2022-02-05

Liqa 1-də 23-cü tura start verilib.

İlk oyun günündə bir qarşılaşma keçirilib və "Marsel" “Anje”ni qəbul edib. Yeddi qolun qeydə alındığı oyunda meydan sahibləri böyük hesabla qalib gəliblər.

Qeyd edək ki, "Marsel" hazırda Liqa 1-in turnir cədvəlində 43 xalla 2-cidir. 

Fransa Liqa 1

"Marsel" – "Anje" - 5:2

Qollar: Milik, 18; 70; 78. Jerson, 21. C.Ündər, 85 – Fulgini, 8. Bentaleb, 11.