"Real"ın İspaniya kubokundakı uğursuzluq seriyası
Avropa liqaları

"Real"ın İspaniya kubokundakı uğursuzluq seriyası

  • 2022-02-05

"Real" 2014-cü ildən bəri İspaniya kubokunun finalına çıxa bilmir. 

Madrid klubu İspaniya kubokunun 2021/22 mövsümündə 1/4 finalda  "Atletik Bilbao"ya 0-1 hesabı ilə uduzub və yarışdakı mübarizəsini dayandırıb. Beləliklə, "Real" ardıcıl 8 il İspaniya kubokunun final mərhələsinə yüksələ bilməyib.

Son dəfə komanda 2014-cü ildə final oyununa çıxıb. "Kral klubu" həmin vaxt görüşdə "Barselona"nı 2:1 hesabı ilə məğlub edib.