Gələn mövsümdən Liqamızda komanda sayı artırılır - Rəsmi
Avropa liqaları

Gələn mövsümdən Liqamızda komanda sayı artırılır - Rəsmi

  • 2022-02-02

2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında 10 komanda olacaq.

Bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov qurumun hazırda keçirilən Hesabat Konfransında açıqlayıb.

"Gələn mövsümdən 10 komandalı Premyer Liqanın həyəcanını yenidən yaşayacayıq" - deyə o bildirib.

Qeyd edək ki, artıq 6 mövsümdür ki, Premyer Liqamızda 8 komanda mübarizə aparır.