UEFA Ançelottidən məşqçilik imtahanı verməyi tələb edir
- 2022-01-31
UEFA "Real"ın baş məşqçisi Karlo Ançelottidən yeni məşqçiliq imtahanı verməyi tələb edir.
İtaliyanın "Corriere dello Sport" nəşrinə istinadən, 62 yaşlı mütəxəssisin məşqçilik lisenziyanın müddəti 2021-ci ilin dekabrın 31-də başa çatıb. UEFA Ançelottidən PRO lisenziyasını yeniləməyi istəyir. Yalnız bu halda o, avrokubok matçları zamanı "Real"ı baş məşqçi kimi oyunlara çıxara bilər.
Qeyd edilib ki, artıq qitənin futbol qurumu bununla əlaqədar xəbərdarlıq məktubu göndərib.