Ramos yenə zədələndi
- 2022-01-30
Fransa kubokunun 1/8 finalında "Nitsa" ilə qarşılaşacaq "PSJ" oyuna ciddi itki ilə çıxa bilər.
Paris təmsilçisinin müdafiəçisi Serxio Ramos matçı buraxa bilər. Bu barədə "Le Parisien" nəşri məlumat yayıb.
Ramos komandanın son məşqində zədələnib. 35 yaşlı müdafiəçi əzələ ağrıları səbəbindən məşqi yarımçıq tərk edib.
Qeyd edək ki, sabah keçiriləcək "PSJ" – "Nitsa" matçı saat 00:15-də başlayacaq.