"Trabzonspor"dan İstanbulda geri dönüş
Avropa liqaları

"Trabzonspor"dan İstanbulda geri dönüş

  • 2022-01-24

Türkiyə Superliqasında 23-cü tura yekun vurulub.

Sonuncu oyun günündə altı qarşılaşma keçirilib.

"Antalyaspor" – "Qaziantep" və "Hatayspor" – "Rizəspor" matçlarında qapılara qol vurulmayıb. "Kasımpaşa" "Kayserispor"la ev oyunundan, "Alanyaspor" isə "Girəsunspor"la səfər matçından inamlı qələbə ilə ayrılıb. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşmış "Konyaspor" səfərdə "Altay"ı minimal hesabla üstələyib. Turun mərkəzi görüşü İstanbulda keçirilib. Lider "Trabzonspor" son turlarda uğursuz çıxış edən "Qalatasaray"ın qonağı olub. Üç qolun qeydə alındığı matç trabzonluların əzmkar qələbəsiylə yekunlaşıb.

Türkiyə Super Liqası

23-cü tur

23 yanvar

"Antalyaspor" – "Qaziantep" - 0:0

"Kasımpaşa" – "Kayserispor" - 3:1

Qollar: K.Subaşı, 15-öz qapısına. U.Bozok, 39. A.Engin, 52 – Qavranoviç, 12.

"Hatayspor" – "Rizəspor" - 0:0

"Girəsunspor" – "Alanyaspor" - 1:3

Qollar: U.Nayir, 41 – Davidson, 5. E.Akbaba, 6; 90+7.

"Altay" – "Konyaspor" - 0:1

Qollar: Koka, 68-pen.

Qalatasaray – Trabzonspor 1:2

Qol: Çikaldau, 31-pen – Bakasetas, 84. Vişça, 90.