"Barselona"dan qələbə, "Real"dan xal itkisi
Avropa liqaları

"Barselona"dan qələbə, "Real"dan xal itkisi

  • 2022-01-24

İspaniya La Liqasında 22-ci turun oyunları davam edir. 

Madrid təmsilçisi bu dəfə "Elçe"ni qəbul edib. Əvvəlcə hesabı 42-ci dəqiqədə qonaqların üzvü Lukas Boye açıb. Pere Milla 76-cı dəqiqədə fərqi bir qədər də artırıb. 82-ci dəqiqəddə Luka Modriç görüşdə "kral klubu"nun ilk qolunu vurub. "Elçe" qələbə üçün sevinməyə hazırlaşsa da, 90+2-ci dəqiqədə Eder Militao qapıya yol tapıb və komandasını məğlubiyyətdən xilas edib - 2:2. 

"Barselona" isə səfərdə "Alaves"lə qarşılaşıb.

Matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 87-ci dəqiqədə Frenki de Yonq vurub.

Qeyd edək ki, "Real" hazırda La Liqanın turnir cədvəlində 50 xalla liderdir. "Barselona" isə 35 xalla 5-ci pillədə qərarlaşır.