Qolsuz seriya davam edir
Avropa liqaları

Qolsuz seriya davam edir

  • 2022-01-24

"Atletiko"nun futbolçusu Luis Suaresin uğursuz seriyası davam edir.

Uruqvaylı hücumçu artıq ardıcıl 8 oyundur ki, İspaniya çempionatında qol vura bilmir.

Ötən gecə La Liqanın 22-ci turunda "Valensiya"ya 3:2 hesabı ilə qalib gəldikləri görüşdə 90 dəqiqə meydanda olan 34 yaşlı forvard bu dəfə də meydanı qolsuz tərk edib. O, sonuncu dəfə ötən ilin noyabrında "Valensiya" ilə matçda (3:3) qol vurmuşdu. 

Suares 2014-cü ildən oynadığı La Liqada cəmi bir dəfə belə uğursuz mövsüm keçirib. Bu, "Liverpul"dan "Barselona"ya keçən vaxt - 2014-cü ildə olub.

Qeyd edək ki, Luis Suares bu mövsüm La Liqada 20 oyuna 7 qol vurub.