Avropa liqaları

"İnter"dən geridönüş - Video

  • 2022-01-23

"İnter" A seriyasında növbəti oyununu keçirib. 

Komanda 22-ci turda evdə "Venetsiya" ilə qarşılaşıb. 

Görüşdə hesabı 19-cu dəqiqədə qonaqların oyunçusu Henri açıb. Lakin "İnter" ilk hissənin sonlarına yaxın hesabı bərabərləşdirib. 40-cı dəqiqədə Nikolo Barella qapını dəqiq nişan alıb. Simone İnzaqinin komandası bununla kifayətlənməyib. Edin Dzeko 90-cı dəqiqədə rəqibi məyus edərək "İnter"ə qələbə  qazandırıb. Beləliklə, Milan təmsilçisi möhtəşəm geridönüş edib və görüşdən 3 xalla ayrılıb. 

Qeyd edək ki, "İnter" hazırda A seriyasının turnir cədvəlində 53 xalla 1-ci, "Venetsiya" isə 18 xalla 17-cidir.