"Mançester Siti" xal itirdi
Avropa liqaları

"Mançester Siti" xal itirdi

  • 2022-01-23

İngiltərə Premyer Liqasında 23-cü turun oyunları keçirilir. 

"Mançester Siti" bu dəfə "Sauthempton"la qarşılaşıb. Lider səfər oyunundan xal itkisi ilə ayrılıb.

Əvvəlcə 7-ci dəqiqədə "Sauthempton"un oyunçusu Uolker-Peters hesabı açsa da, Laporte 65-ci dəqiqədə cavab qolunu vurub. Lakin "Mançester Siti"i bundan artığını bacarmayıb. Beləliklə, görüş 1:1 hesabı ilə başa çatıb. 

Qeyd edək ki, "Mançester Siti" hazırda Premyer Liqanın turnir cədvəlində 57 xalla 1-ci, "Sauthempton" isə 25 xalla 12-cidir. 

"Sauthempton" – "Mançester Siti" - 1:1

Qollar: Uolker-Peters, 7 – Laporte, 65.